XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

07 Noyabr 2019 - 23:39

Türkiyənin Müdafiə naziri:“Bağdadinin xanımı barədə yeni məlumatlar yayacağıq”

Türkiyənin Müdafiə naziri Hulusi Akar İŞİD lideri Əbubəkr əl-Bağdadi ilə bağlı yaxın zamanda yeni məlumat yayacaqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Bağdadinin həyat yoldaşının tutulmasına toxunan nazir əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin idarə etdiyini söyləyib:

“Nazirliklərimiz və qurumlarımız işlərini davam etdirir. Yaxın zamanda yeni məlumatlar açıqlayacağıq. Saxlanılan şəxs Bağdadinin həyat yoldaşıdır”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ilk dəfə olaraq Bağdadinin həyat yoldaşının tutulduğunu bəyan etmişdi.