İranda dünən gecə 5.9 maqnitudada baş verən zəlzələ nəticəsində 5 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb.
İlkin olaraq ölü sayı 4, yaralı sayı 70 nəfər göstərilirdi.
Qeyd edək ki, zəlzələnin episentri Təbrizdən (Şərqi Azərbaycan vilayəti) 156 kilometr cənub-şərqdə yerləşib. Şərqi Azərbaycandakı böhran idarəetmə mərkəzinin rəhbəri Məhəmməd Baker Honar bölgəyə 8 xilasetmə qrupunun göndərildiyini deyib.
Zəlzələnin Azərbaycan Respublikasının İranla sərhəd ərazilərində də hiss edilib. (APA)