XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2019 - 13:19

Gürcüstanda avtomobil ehtiyat hissələri bazarında tətil elan edilib –Səbəb

Tbilisidə avtomobil ehtiyat hissələrinin satıldığı İsani bazarının satıcıları tətilə başlayıblar. 

Etirazçılar icarəyə götürdükləri obyektlərin aylıq ödənişinin lari ilə ödənilməsini və məbləğin azaldılmasını tələb edirlər. Satıcılar ölkədə dolların bahalaşmasının onları çətin vəziyyət qarşısında qoyduğunu bildiriblər.

Tətilin bazar rəhbərliyinin tələbləri qəbul edənədək davam etdirilməsi nəzərdə tutulub. (apa)