XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2019 - 20:54

Dünyadakı milyarderlərin sərvəti ötən il azalıb- Rəqəmlər

2013-2018-ci illərdə dünyadakı milyarderlərin sərvəti 34,5% artaraq 8,5 trilyon ABŞ dollarına, milyarderlərin sayı isə 38,9% artaraq 2 101 nəfərə çatıb.

Bu barədə İsveçrənin UBS bankının və Böyük Britaniyanın “PwC” audit şirkətinin birgə hazırladığı hesabatda bildirilir.

Bununla belə, sənəddə deyilir ki, ötən il milyarderlərin aktivləri 388 milyard dollar azalıb. Azalma bütün regionları əhatə etməyib. Belə ki, Çin və Rusiya milyarderlərinin aktivləri 6% və 2,9% azaldığı halda, ABŞ və Qərbi Avropa milyarderlərinin sərmayələri 0,1% və 19% artıb.

Hesabat hazırlanarkən 43 ölkənin milyarderinin sərvəti təhlil edilib. (report)