XƏBƏR LENTİ

18 Noyabr 2019

Digər Xəbərlər

09 Noyabr 2019 - 10:51

Avropa Şurasının baş katibi Gürcüstana səfər edəcək- Noyabrın 11-də

Avropa Şurasının (AŞ) baş katibi Mariya Peyçinoviç Buriç noyabrın 11-də Gürcüstana səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Baş katibin Gürcüstana səfəri ölkənin AŞ-in Nazirlər Komitəsinə gələcək sədrliyi ilə bağlıdır. Səfər çərçivəsində M.P.Buriç Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə görüşəcək. Tərəflər Gürcüstanın AŞ komitəsnə sədrlik məsələsinə dair müzakirələr aparacaqlar.

Görüşdə həmçinin Gürcüstan və AŞ arasında əməkdaşlıq və gələcək planlar da nəzərdən keçiriləcək.

Baş katibin səfəri çərçivəsində Avropa Şurasının 70 illiyi, Gürcüstanın şuraya üzv olmasının 20-ci ildönümünə həsr olunan tədbirlər və təşkilatın Gürcüstan üzrə 2020-2023-cü illər üçün fəaliyyət planının rəsmi təqdimatı da keçiriləcək.

AŞ baş katibi Gürcüstana səfəri çərçivəsində ölkə prezidenti, baş naziri, parlament sədri və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.