XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

09 Fevral 2016 - 05:58

Tanınmış milyarder [color=red]prezident seçkilərinə qatılacaq

Tanınmış milyarder, «Bloomberg» agentliyinin qurucusu Maykl Blumberq ABŞ-da keçiriləcək prezident seçkilərinə qatılmağı düşünür.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Financial Times» qəzeti məlumat yayıb.

Məlumata görə, Blumberq seçkidə müstəqil namizəd kimi iştirak etmək və seçki kampaniyasını özü maliyyələşdirmək istəyir.

Blumberq qatı mühafizəkarlar Donald Tramp və Ted Krusu, həmçinin demokratlardan Berni Sandersi sevməyən seçici kütləsinin səsini qazanmağı hədəfləyib.

"Namizədlərin nələr danışdıqlarına diqqət edirəm və seçicilərin bu danışıqları necə qiymətləndirdiklərini görürəm. Mənə elə gəlir ki, müzakirələrin səviyyəsi qəzəb doğurucu və təhqiredicidir».

Qeyd edək ki, «Forbes» jurnalı Maykl Blumberqin sərvətinin 36,4 milyard dollar olduğunu bildirir.