XƏBƏR LENTİ

19 Noyabr 2019
18 Noyabr 2019

Digər Xəbərlər

09 Noyabr 2019 - 16:37

İranda zəlzələnin nəticələri aradan qaldırılır- Zərərçəkənlərə çadır, isti paltar, su, ərzaq göndərilib

Ötən gecə İranın Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ 6 şəhərdə və 145 kəndə dağıntılar törədib.

Prezident Həsən Ruhaninin göstərişinə əsasən zəlzələdən zərər çəkənlərə çadır, isti paltar, su, ərzaq və digər lazımi avadanlıqlar göndərilib.

Zəlzələ Gilan, Ərdəbil, Zəncan şəhərlərində də hiss olunub və insanlar arasında təşvişə səbəb olub. Təbriz, Miyana, Bostanabad şəhərlərindəki bəzi evlər və ictimai binalar uçub. Zəlzələ nəticəsində 6 nəfər həlak olub, 400 nəfər yaralanıb.

Hazırda zəlzələ nəticəsində dəyən zərərin miqdarı müəyyənləşdirilir.

Xatırladaq ki, bir sıra dövlətlər İrana yardım təklif ediblər(azərtac).