XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2019 - 23:24

Əli Əkbər Salehi:"Sabah Buşəhr AES-in ikinci bölməsinin özülü töküləcək"

Sabah Buşəhr Atom Elektrik Stansiyasının (AES) ikinci bölməsinin özülü – betontökmə işi həyata keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün axşam Buşəhrdə jurnalistlərə açıqlamasında İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib.

O bildirib ki, betontökmə mərasimində atom Təşkiltaımın rəsmiləri və Rusiyalı Podratçı şirkətin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Buşəhr AES-in ikinci bölməsinin qazma işləri 3 il öncə başlayıb. Ərazidən 2.5 milyon kubmetr torpaq çıxarılıb. Betonlamaq üçün qurğuya 2500 ton armatur istifadə olunub.