XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

10 Noyabr 2019 - 18:15

“Hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək” –Angela Merkel

Almaniya kansleri Angela Merkel Avropanı yeni silah sistemlərini inkişaf etdirməyə çağırır.

Trend-in məlumatına görə, kansler ənənəvi həftəlik video müraciətində bunları söyləyib: “Gələcəkdə silah sistemlərini birlikdə inkişaf etdirəcəyik, o cümlədən hərbi təyyarələrin və tankların dizaynı modernləşdiriləcək. Almaniya və Fransa burada ən inkişaf etmiş ölkələrdəndir” deyə, o, bildirib.

Kansler əlavə edib ki, Almaniyanın təhlükəsizliyi Bundesverin(Almaniyanın silahlı qüvvələri) iştirakı ilə təmin olunur, buna görə silahlı qüvvələr inkişaf üçün lazımı maliyyə mənbələrini almalıdırlar. /Trend