XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2019 - 12:28

Pep Qvardiola karyerasının ən uğursuz startına imza atıb

İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola antirekorda imza atıb.

İspaniyalı mütəxəssisin yetirmələri Premyer Liqanın 12 turundan sonra 25 xal toplayıb.

Bu, P.Qvardiolanın karyerasında ən aşağı göstəricidir. 2008-12-ci illərdə İspaniyada “Barselona”, 2013-16-cı illərdə Almaniyada “Bavariya” və 2016-cı ildən indiki klubunu çalışdıran mütəxəssisin komandaları heç vaxt ilk 12 turda belə az xal toplamayıb.

Qeyd edək ki, XII turda “Liverpul”a 1:3 hesabı ilə uduzan “Mançester Siti” 4-cü pillədə qərarlaşıb və liderdən 9 xal geri qalır. (apa)