XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 08:44

Afina ilə Tehranın dönüş nöqtəsi: [color=red]Yunanıstanın baş naziri İrana gəlib

yunan sipars.jpg

Yunanıstanın baş naziri Aleksis Siprasla İrana səfərə gəlib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, Baş nazir İranın Ali dini lideri Xamneyi ilə görüşüb.

Xamneyi bildirib ki, iki ölkənin parlaq mədəni və sivilizasiya keçmişi var:

“Bu səfər iki ölkənin uzunmüddətli əməkdaşlığı və mübadilələrin artması üçün yaxşı başlanğıc ola bilər”.

Yunan Baş nazirin səfərini alqışlayan Ali dini lider Siparsın ABŞ-ın təzyiqləri qarşısında geri çəkilmədiyini deyib və Avropa ölkələrinin Amerika qarşısnda zəif iradə nümayiş etdirdiyini bildirib.

Xamneyi qeyd edib ki, Avropa ölkələri keçmişdəkinin əksinə olaraq, Amerika qarşısında müstəqil iradəyə malik deyil və avropalılar bu zəif cəhəti islah etməlidirlər.

“Yunanıstan hökuməti müstəqil bir siyasətə malikdir və ümid edirəm iqtisadi problemlərini həll edəcək.  Yunanıstan heyətinin Tehrana səfəri hər iki ölkənin maraqlarının güclənməsi üçün zəmin olacaq”.

Yunanıstanın Baş naziri Sipras İrana səfərini əməkdaşlığın bütün səviyyələrdə genişlənməsi üçün müştərək siyasi iradənin nişanəsi adlandırıb:

“Bu səfər ikitərəfli əlaqələrdə dönüş nöqtəsi və hər iki ölkənin maraqlarının xeyrinədir”.