XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

11 Noyabr 2019 - 15:23

“Avropa Şurasına sədrlik Gürcüstan üçün böyük məsuliyyətdir” –XİN başçısı

“Avropa Şurasına sədrlik Gürcüstan üçün böyük məsuliyyətdir”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, Avropa Şurasına sədrlik Gürcüstana təşkilat qarşısında duran problemləri aradan qaldırmağa və insan haqları, demokratiya və qanunun aliliyi sahələrində əsas dəyərlərin təşviqinə imkan verəcək.

D.Zalkaliani qeyd edib ki, Gürcüstan tərəfi AŞ-yə sədrliklə bağlı prioritetlərini müəyyənləşdirib.

M.P.Buriç öz növbəsində deyib ki, Gürcüstan Avropa Şurasında ilk vacib öhdəliyini yerinə yetirməyə hazırlaşır. Baş katib ölkənin həyata keçirdiyi hazırlıq işlərinin yaxşı getdiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 27-də Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Gürcüstana keçəcək. Qonşu ölkənin sədrliyi altı ay davam edəcək və 2020-ci ilin may ayında başa çatacaq. (Report)