XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2019 - 15:03

Sergey Lavrov İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib

Ermənistanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti İrəvanda Sisernakabert memorial kompleksində qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib, əbədi məşəl önünə əklil qoyub.

TASS-ın verdiyi məlumata görə, Rusiya XİN başçısı və nümayəndə heyətinin üzvləri daha sonra Xatirə Xiyabanından keçib, küknar ağaclarını suvarıb.

Qeyd edək ki, S. Lavrovun Ermənistana rəsmi səfəri noyabrın 10-da başlayıb. (apa)