XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 Noyabr 2019 - 15:15

Türkiyə İŞİD terrorçularının deportasiyasına başlayıb –Daxili İşlər Nazirliyi

Türkiyədə saxlanılan İŞİD terror təşkilatı üzvlərinin bu gündən vətəndaşı olduqları ölkələrə deportasiyasına başlanıb.

Anadolu” agentliyinin verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmail Çataklı bildirib.

İ. Çataklı sutka ərzində 3 terrorçunun ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb: “ABŞ-dan olan terrorçunun göndərilməsi üçün hüquqi prosedur başa çatıb. Ankara Almaniyadan olan terrorçuların deportasiyası üçün sənədləri hazırlayır. Gün ərzində Danimarkaya da bir terrorçu göndəriləcək. Bununla da gün ərzində 3 terrorçu deportasiya ediləcək”.

İ. Çataklı noyabrın 14-də Almaniyadan olan 7 terrorçunun da ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb.