XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Noyabr 2019 - 21:01

İspaniya Superkubokunun püşkü atılıb –Oyunlar Səudiyyə Ərəbistanında keçiriləcək

İspaniya Superkubokunun püşkatma mərasimi keçirilib.

Yarımfinal mərhələsində “Real” “Valensiya”, “Barselona” “Atletiko” ilə üz-üzə gələcək.

Bu oyunlar müvafiq olaraq, 2020-ci il yanvarın 8-də və 9-da keçiriləcək. Superkubokun finalı ayın 12-də baş tutacaq.

Qeyd edək ki, ilk dəfə 4 komandanın iştirakı ilə keçiriləcək Superkubok matçları Səudiyyə Ərəbistanında təşkil olunacaq. Üç il yarışa ev sahibliyi edəcək asiyalılar buna görə 120 milyon avro ödəyiblər. (apa)