XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2019 - 00:16

Berlində İkinci Dünya Müharibəsindən qalmış bomba zərərsizləşdirilib –FOTO

Almaniyanın paytaxtı Berlinin Hellersdorf rayonunda İkinci Dünya Müharibəsi vaxtından qalmış 250 kq çəkiyə malik bomba zərərsizləşdirilib.

Bu barədə Berlin polisi özünün özünün “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edilir ki, bomba yerli vaxtla saat 14:53-də partladılaraq zərərsizləşdirilib. Zərərsizləşdirmə əməliyyatı müvəffəqiyyətlə başa çatıb. “Məhdudlaşdırıcı tədbirlər dayandırılıb və Hellersdorf sakinləri öz evlərinə qayıda bilərlər”, – “Twitter”də bildirilir.

Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, rayonda təxminən 13 min nəfər bombanın zərərsizləşdirilməsi işləri ilə əlaqədar təxliyyə ediləcək. (report)