Ermənistanda Yerevan Dövlət Universitetinin (YDU) tələbələri təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyanın istefası tələbi ilə yenidən etiraz aksiyasını başlayıblar.
Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, tələbələr səhər saatlarında YDU qarşısında toplaşaraq yürüşə başlayıblar. Onlar müəllimləri də bu aksiyaya qoşulmağa çağırırlar.