XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2019 - 16:03

Fransada zəlzələ olub –5 nəfər yaralanıb, 30 ev dağılıb

Fransanın cənub-şərqində baş verən zəlzələ nəticəsində Le-Tey kommunasında 5 nəfər yaralanıb, 30 ev dağılıb, 250 binaya ziyan dəyib.

“France24” telekanalı xəbər verir ki, zəlzələnin maqnitudası 5.4 olub.

Bildirilib ki, yeraltı təkanların episentri Lion şəhəridir. Ardeş şəhərindəki Krua-Meys Atom Elektrik Stansiyasının işi dayanıb. Zəlzələ nəticəsində AES-ə zərər dəymədiyi vurğulanıb/Report.