XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

12 Noyabr 2019 - 19:56

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib –Yaralılar var

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.

Trend-in məlumatına görə, 7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.

Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.

İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma məruz qalan gəmidə 35 nəfər olub.