XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

12 Noyabr 2019 - 22:00

Qazaxıstan “Baykonur” kosmodromunu modernləşdirir –330 milyon dollar ayrılıb

Qazaxıstan “Baykonur” kosmodromunun modernləşdirilməsinə təqribən 330 milyon dollar yönəldəcək.

Bunu ölkənin Baş Naziri Askar Mamin Nur-Sultanda keçirilən VII “Qazaxıstanda kosmos günləri” forumunda çıxışında bəyan edib. O bildirib ki, “Baykonur” kosmodromu öz inkişafının qüvvə, ideya və tərəfdaş dəstəyinin möhkəmlənməsini tələb edən yeni mərhələsi ərəfəsindədir.

Yaxın günlərdə “Baykonur” kosmodromunda adı dəyişdirilərək “Nazarbayev startı” adlandırılmış, ekoloji baxımdan təhlükəsiz “Bayterek” kosmik raket kompleksinin yaradılması üzrə geniş əhatəli layihənin icrasına başlanacaq.

“Baykonur” kosmodromunda 1 nömrəli “Qaqarin startı” meydanının modernləşdirilməsinə dair layihə müzakirə edilir.

Bu layihələrin reallaşdırılmasına həm dövlət, həm də şəxsi maliyyələşdirmə hesabına 330 milyon dollar cəlb olunması planlaşdırılır.

Baş Nazir əlavə edib ki, Qazaxıstanın müəssisə və idarələri BƏƏ, Türkiyə, ABŞ, İordaniya, Cənubi Koreya, Ukrayna, Böyük Britaniya, Yaponiya, Çin və bir çox digər ölkələrin kosmik təşkilatları ilə fəal iş aparırlar/Azərtac.