XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 09:20

“İranla münasibətlərimiz hələ də normallaşmayıb” –Tramp

ABŞ prezidenti Donald Tramp İrana qarşı 40 il əvvəl qəbul olunmuş sanksiya haqqında fərmanın müddətini növbəti dəfə uzadıb.

Bu barədə amerikalı liderin hökumət sənədləri bazasında dərc edilərək Konqresə göndərdiyi məktubda deyilir.

“Bizim İranla münasibətlərimiz hələ də normallaşdırılmayıb”, – deyə Tramp bildirib.

O, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin iranlı tələbələr tərəfindən tutulmasından sonra prezident Cimmi Karter tərəfindən imzalanmış 12170 saylı fərmanın müddətini daha bir il uzadıb. Fərman ABŞ hakimiyyət orqanlarına sanksiyalar tətbiq etmək və digər addımlar atmaq, habelə İranla ticarəti tənzimləmək üçün geniş səlahiyyətlər verir. Xüsusilə, ABŞ yurisdiksiyasında İranın istənilən dövlət əmlakını bloklaya bilir. /APA