XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 10:43

Britaniya Baş Naziri fövqəladə komitə yaradıb- Səbəb

Böyük Britaniyanın Baş Naziri Boris Conson fövqəladə komitə yaradıb. Komitənin yaradılmasında əsas məqsəd sel və daşqınların fəsadlarını müzakirə etməkdir.

Komitəyə rəhbərlik edən Baş Nazir sel və daşqınlardan zərər görmüş əraziyə baş çəkib.

Daşqının təsirinə məruz qalan ərazilərdə 1000-dən çox evin sakinləri təxliyə olunub. Donkasterdə 500-ə yaxın ev su altında qalıb.

Ətraf Mühit Agentliyi 30-dan çox daşqın xəbərdarlığı edib.

Hidrometeorologiya Mərkəzi cümə axşamı üçün ölkənin böyük hissəsində gözlənilən yağışlar barədə sarı hava xəbərdarlığı edib.