Əfqanıstan hökuməti üç aparıcı talibançını azadlığa buraxıb. Onların sırasında Haqqani şəbəkəsinin lideri Sirajjuddin Haqqaninin kiçik qardaşı Anas Haqqani da var.
Prezident Əşrəf Qani bir gün öncə deyirdi ki, talibançılar iki professorun müqabilində azad olunacaq.
Nə Taliban, nə də bu silahlı qruplaşmanın tərkib hissəsi olan Haqqani şəbəkəsi indiyədək məsələni şərh edib.
ABŞ-ın Əfqanıstandakı səfiri Con Bass AzadAvropa/AzadlıqRadiosuna deyib ki, Birləşmiş Ştatlar Qaninin üç məhbusu buraxmaq kimi “cəsarətli” qərarını “güclü” şəkildə dəstəkləyir. O, silahlıları bunun əvəzində “Əfqanıstanın təhlükəsizlik əməkdaşları məhbuslarını, qərbli girovları” buraxmağa çağırıb. (azadliq.org)