XƏBƏR LENTİ

09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 23:42

Bundestaq komitəsinin başçısı vəzifəsindən kənarlaşdırılıb- Antisemit fikirlərinə görə

Almaniya Bundestaqının sağçı populist “Almaniya üçün alternativ” (AüA) Partiyasından deputat Ştefan Brandnerin “Twitter” səhifəsində düşmənçilik və dözümsüzlüyü təbliğ edən açıq bəyanatları və qeydləri bu gün onun parlamentin hüquq məsələləri komitəsinin sədri vəzifəsindən getməsinə səbəb olub.

Almaniya Bundestaqı tarixi ərzində ilk dəfə bu və ya digər komitənin sədri öz iradəsi əleyhinə istefaya göndərilib.

Onu yalnız “AüA” üzvləri dəstəkləyiblər, qalanları komitə sədrinin istefasına səs veriblər.

Brandnerin müğənni Udo Lindenberqin mükafatlandırılması ilə əlaqədar şərhində onu İuda adlandırması Bundestaqın səbir kasasını daşdıran sonuncu damla olub.

Ştefan Brandner sağçı radikalların Halledə sinaqoqa hücumundan sonra öz antisemit fikirləri ilə də yadda qalıb(azərtac).