XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2019 - 17:37

“Növbədənkənar parlament seçkiləri olmayacaq” –Gürcü deputatlar

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının deputatları Mamuka Mdinaradze və İrakli Kobaxidze ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edirlər.

Parlament üzvləri seçkilərin 2020-ci ildə baş tutacağını bildiriblər.

M.Mdinaradze deyib ki, gələnilki seçkilərdə bütün partiyalara bərabər şərait yaradılacaq.

İ.Kobaxidze, öz növbəsində, bildirib ki, parlament seçkiləri 2020-ci ilin oktyabrın 31-də baş tutacaq: “Növədənkənar seçkilərin keçirilməsi müzakirə mövzusu deyil. Gələn il seçkilər qarışıq sistem, 2024-cü ildən etibarən isə proporsional sistem üzrə keçiriləcək”.

Report