XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2015 - 16:15

“Malayziya təyyarəsini rus hərbçiləri vurub”

Almaniyanın Correct!v qeyri-kommersiya təşkilatından olan jurnalistlər Malayziyaya məxsus «Boinq» təyyarəsinin vurulmasına görə rus hərbçilərinin məsuliyyət daşıdığını bildiriblər. Yanvarın 10-da qəzanın müstəqil araşdırmasının nəticələri dərc edilib. Araşdırma müəllifləri birmənalı olaraq belə nəticəyə gəliblər ki, təyyarə Snejnoye şəhərində yerləşən «Buk-M1» zenit-raket kompleksindən vurulub. Ehtimala görə, «Buk» Kurska yerləşən 53-cü briqadaya məxsus olub. 

Təyyarənin raketlə vurulduğunu hadisənin şahidləri də təsdiqləyib.
Araşdırma müəllifləri qeyd edirlər ki, hadisəyə görə məsuliyyəti Ukraynanın şərgində baş verənlərin müharibə olduğunu deməyə qorxan, müvafiq tədbir görməyən Almaniya və AB rəhbərliyi də bölüşməlidir.
Xatırladaq ki, Amsterdamdan Kuala-Lumpura uçan Malaysian Airlines aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulub. Nəticədə 298 sərnişin ölüb.

azadlıq.info