XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2019 - 12:12

Batumidə etiraz aksiyası keçirilib –Saxlanılanlar var

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə etiraz aksiyası keçirilib.

Müxalif Vahid Milli Birlik Hərəkatı Partiyası və “Ayıb” Hərəkatının üzvləri proporsional seçki sisteminə keçidlə bağlı qanunun parlamentdə qəbul olunmamasına etiraz ediblər.

Etirazçılar hökumət binasının qarşısında toplaşaraq əməkdaşların binaya daxil olmasına imkan verməyiblər.

Aksiyada Acarıstan hökumətinin istefası tələb olunub.

Aksiyaçılar və polis arasında qarşıdurma baş verib, bir neçə etirazçı saxlanılıb. (report)