XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 12:23

Şeremetyevo aeroportunda 2 təyyarə toqquşdu

Moskvanın Şeremetyevo aeroportunda iki təyyarə toqquşub.

Trend-in məlumatına görə, aeroportun fövqəladə hal xidməti insidenti təsdiq edib.

Məlumata görə, A-320 təyyarəsi dayanacağa doğru hərəkət edərkən başqa bir təyyarəni qanadı ilə vurub.

Təyyarənin göyərtəsində həmin an 42 nəfərin olduğu qeyd edilir. Xəsarət alan olmayıb.

Hazıra mütəxəssislər təyyarələri nəzərdən keçirirlər.