XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 14:43

Dünyanın ən bahalı küçələri –SİYAHI

Honq Konqun Kozuey Bey küçəsi 2019-cu ildə dünyanın ən bahalı küçəsi hesab olunub.

Trend-in məlumatına görə, bu barədə “Cushman & Wakefield” konsaltinq şirkətinin reytinqində deyilir.

Bu küçədə ticarət obyektinin icarəsi bir kvadrat metr üçün illik 25,96 min avro təşkil edib.

Reytinqdə ikinci yerdə Nyu Yorkun Beşinci prospekti (21,3 min avro), üçüncü yerdə Londonun Nyu Bond küçəsi (16,2 min avro) qərarlaşıb.

Bundan başqa, ilk onluqda Yelisey çölləri (Paris), Montenapoleone (Milan), Gindza (Yaponiya), Pitt Strit Moll (Sidney), Banhofştrasse (Sürix), Mendon (Seul) və Kolmarkt (Vyana) küçələri yer alıb.