XƏBƏR LENTİ

09 Dekabr 2019
08 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 15:29

Qızılca peyvəndindən imtina edənlər cərimələnəcək –Qanun

Almaniya parlamenti uşaqların qızılcaya qarşı peyvənd olunmasını məcburi edən, valideynlər üçün cərimə nəzərdə tutan qanun qəbul edib.

Qanun 2020-ci ilin martından qüvvəyə minəcək.

Həmin tarixdən uşaq bağçaları və məktəblər, tibb ocaqlarda çalışanlar, ictimai yerlərdə işləyənlər, miqrantlar və qaçqınlarla iş mərkəzlərinin əməkdaşları və könüllüləri peyvənd olunmalıdır. Bu haqda “Currenttime.tv” yazır.

Övladını peyvənd elətdirməkdən imtina edən valideynləri isə 2500 avroyadək cərimə gözləyir. Onların uşaqlarına məktəb və bağçaya getmək qadağan oluna bilər.

Ukrayna təcrübəsi

Qızılca həddən artıq yoluxucu xəstəlikdir. Ağır keçən xəstəlik yüksək temperatur, səpkiylə müşahidə olunur, pnevmoniya və ensefalit kimi ağırlaşmaya səbəb ola bilər.

İnkişaf etməkdə olan ölkələrdə 5 yaşadək uşaqlar arasında əsas ölüm səbəblərindən biri qızılcadır.

Qızılcaya qarşı peyvənd 1963-cü ildən tətbiq olunur və bir neçə il öncəyədək Yer kürəsi əhalisinin 97 faizinin peyvənd olunduğu bildirilirdi. Ancaq son illər daha çox valideyn öz şəxsi baxışlarını, yaxud vaksinlərin aşağı keyfiyyətli olmasını əsas gətirərək uşaqlarını peyvənd elətdirməkdən imtina edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2018-ci ildə ancaq Avropada rekord sayda – 82 min adam qızılcaya yoluxub, onlardan azı 72 nəfəri dünyasını dəyişib.

Robert Koç İnstitutunun məlumatına görə, Almaniya məktəblərində uşaqların peyvənd olunma səviyyəsi 93 faizə düşüb.

Rusiyanın Səhiyyə Nazirliyi 2019-cu ilin yazında bir neçə qanun layihəsi hazırlayıb, sənədlərdə vaksinasiyadan imtinaya çağırış yasaqlanır, belə müraciətlərin dərcinə görə məsuliyyət müəyyənləşdirilir. Ancaq hələlik, qanun layihələri qəbul olunmayıb, peyvənddən imtinaya görə cərimədən isə söhbət getmir.

Ukraynada isə peyvənd olunmamış uşaqları bağça və məktəblərə qəbul etmirlər. (azadliq.org)