XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 15:52

“Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək” –Əsəd

Suriya BMT qarşısında neftinin oğurlanması məsələsini qaldıracaq və ABŞ-dan kompensasiya tələb edəcək.

Bu barədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Əlbəttə ki, siz, mən, bir çoxu gözəl anlayır ki, BMT, əslində, mövcud deyil, belə ki, beynəlxalq hüquq anlayışının özü bu gün yoxa çıxıb. Biz bu gün meşəni xatırladan bir dünyada yaşayırıq. Dünyada yaranmış vəziyyət İkinci Dünya müharibəsi ərəfəsini xatırladır. Eyni vəziyyət yaranıb. Buna baxmayaraq, biz öz şikayətimizi edəcəyik, lakin öncədən bilirik ki, müraciətimiz rəfdə qalaraq, kiflənəcək”, – deyə Suriya lideri vurğulayıb.

Qeyd edək ki, bu  gün Suriyanın neft istehsalının 90 faizi Fərat çayının şərq sahilinin payına düşür. Bu ərazi bir qədər əvvəl İŞİD terrorçularının əlində idi, hazırda isə ABŞ və müttəfiqlərinin nəzarətindədir.

Pentaqonun rəsmi nümayəndəsi Ret Hofman bildirib ki, Suriya neftindən əldə edilən gəlir Suriya Demokratik Qüvvələrinə – kürd silahlılarına verilir. Pentaqon başçısı Mark Esper isə qeyd edib ki, ABŞ Suriya neftini mühafizə edir və neft yataqlarının işğalına imkan verməyəcək.

Rəsmi Dəməşq ölkənin şimal-şərqində mövcud olan muxtariyyətini tanımır və Suriya Demokratik Qüvvələrinin legitimliyini qəbul etmir, Dəməşq bəyan edir ki, ABŞ-ın bu ərazilərdə fəaliyyətinin bir adı var – neft oğurluğu.

Moskva da dəfələrlə bəyan edib ki, Vaşinqtonun hərəkətləri münaqişəni nizamlamağa imkan yaratmır və əlavə gərginliyə səbəb olur. Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Birləşmiş Ştatlar Fəratın şərqindəki vilayəti Suriyadan qopartmağa və orada kvazidövlət qurmağa çalışır. (apa)