Oktyabrda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı 1,06 milyon barrel artaraq sutkada 29 milyon 910 min barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan istehsal isə gündəlik 5 milyon 480 min barrel təşkil edib. Bununla da, oktyabrda OPEC üzrə ümumi istehsal 1,25 milyon barrel çoxalaraq sutkada 35 milyon 390 min barrelə çatıb.