XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

16 Noyabr 2019 - 00:14

“İran yəhudilərin məhvini deyil, təriqətsiz bir İsrail istəyir” –Xamneyi

İranın ali dini lideri Ayətulla Əli Xamneyi cümə günü İranın yəhudi xalqının məhvini istəmədiyini, lakin bütün dinlərin İsrailin gələcəyinə dair qərar qəbul etməli olduğuna inandığını deyib.

1979-cu il İslam İnqilabından bəri İran İsraili bir dövlət olaraq tanımaqdan imtina edir və Fələstinin silahlı qruplarına dəstək verir. İsrail də öz növbəsində Tehranı Yaxın Şərqdə ən böyük düşməni sayaraq, İranın İsrailin məhvini istədiyini bildirir.

“İsrail dövlətinin ləğvinə çağırış yəhudi xalqının məhv edilməsi demək deyil” – deyə, Xamneyinin rəsmi saytında onun Tehrandakı İslam konfransındakı çıxışı zamanı dedikləri dərc edilib.

“Bu o deməkdir ki, Fələstin xalqı – istər müsəlman, istər xristian, istərsə də yəhudi olsun, öz dövlətini seçməlidir” – deyə, Xamneyi bildirib.

Şiə müsəlman İranın həm daxili, həm xarici siyasətində ən nüfuzlu şəxsiyyəti olan Xamneyi Tehrana nüvə proqramı ilə bağlı təzyiq göstərdiyinə görə Qərb qüdrətlərini də tənqid edib.

“Bütün xalqların dinc nüvə enerjisinə ehtiyacı var, lakin Qərbin inhisarçıları bu enerjini monopolyada saxlamağa çalışır. Qərblilər bizim prinsiplərimizə və dini etiqadımıza görə nüvə silahı istehsal etmədiyimizi bilir” – deyə, o bildirib.

İran 2000-ci illərin əvvəlllərindən bəri Xamneyinin nüvə silahlarının inkişafı və istifadəsini qadağan edən dini sərəncamına əsasən nüvə bombası istehsal etmədiyində israr edir. (amerikaninsesi.org)