XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

16 Noyabr 2019 - 12:44

İranda əhali arasında ajiotaj yaranıb- Benzinin qiymətinin 50 faiz artması ilə bağlı

İranda benzinin qiymətinin 50 faiz artması ölkədə ajiotaj yaradıb.

Azərtac xəbər verir ki, litri 1000 rial olan benzinin qiyməti 3000 riala (50 qəpik) yüksəlib.

Yerli mətbuat yazır ki, benzinin qiymətinin yüksəlməsi ərzaq və sənaye mallarının, eləcə də xidmətlərin qiymətinin qalxmasına səbəb olacaq.

Xatırladaq ki, ötən gün ölkə parlamentində gələn ilin büdcə müzakirəsi keçirilib. Müzakirələr zamanı məlum olub ki, büdcənin böyük kəsiri var. Bu kəsiri aradan qaldırmaq üçün benzinin qiymətinin artırılması qərara alınıb.

Qeyd edək ki, sərt sanksiyalar altında olan İran neftin satışından əldə etdiyi valyutanı ölkəyə gətirə bilmir.