XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

16 Noyabr 2019 - 15:03

“ABŞ Şimali Koreyaya nüvə danışıqlarının bərpasını təklif edib” –Pxenyan

Şimali Koreyanın cümə axşamı günü verdiyi məlumata görə, ABŞ Şimali Koreyaya dayandırılmış nüvə danışıqlarının dekabr ayında bərpa edilməsini təklif edb.

Dövlət mediası tərəfindən edilən şərhdə Şimali Koreya müzakirəçisi Kim Myonq Gil Pxenyanın ABŞ-ın təklifini qəbul edib-etməyəcəyini dəqiq bildirmədiyi deyilib.
O, Şimali Koreyanın həll yollarını müzakirə etmədən vaxt almağı hədəflədikləri təqdirdə danışıqlarda marağının olmadığını söyləyib.

“Əgər ABŞ naqis məqsədlə bu ilin sonundakı vaxt limitini keçmək üçün könlümüzü almaq istəyirsə, onda biz belə danışqlara zidd çıxırıq,” Kim Myonq Gil bildirib.

Məruzəçi Şimali Koreyanın ABŞ-ın 1950-53-cü illər arasında Koreya müharibəsinin sülh razılığı ilə deyil, atəşkəslə dayandırıldığını rəsmən elan etməsi təklifi və ya ölkələr arasında bir əlaqə bürosu yaratmaq kimi “ikinci dərəcəli məsələlər” üzərində razılaşma əldə etmək istəmədiyini deyib.

Ötən ay Şimali Koreya ABŞ-la keçirilən nüvə müzakirələrini qəzəbli şəkildə tərk edib. Pxenyanın baş müzakirəçisi bildirib ki, onu Amerikanın qeyri-həssas münasibəti narahat edib.

Bu, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un fevral ayında Vyetnamda keçirilən sammitdə iflasa uğrayan danışıqları bərpa etməyə qərar verəndən sonra keçirilən ilk rəsmi görüş olub.

Danışıqların dayandırılmasına sanksiyaların aradan qaldırılamsının sürətini Şimali Koreyanın nüvə proqramını ləğv etmək sürəti ilə uyğunlaşdırılması üzərində fikir ayrılıqları səbəb olub.

İki ölkə araında aylardan sonra keçirilən görüş İsveçin Stokholm şəhərində yalnız bircə gün sürüb. Pxenyan Vaşinqtonu keçmiş mövqeyini dəyişməməkdə günahlandırıb.

ABŞ isə bu iddianı rədd edərək, 8 saat yarım sürən danışıqların yaxşı keçdiyini və Amerikanın yaradıcı ideyalar irəli sürdüyünü bildirib.

Şimali Koreyanın ortamənzilli raket sınağından bir neçə gün sonra görüşü tərk etməsi onun provokasiyalarını intensivləşdirəcəyinə işarədir. Bu həm də Pxenyanın ABŞ-a təsir gösrətmək səyi də ola bilər. (amerikaninsesi.org)