XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

16 Noyabr 2019 - 16:32

Fransada “Sarı jiletlər”in 53-cü aksiyası keçirilir- Nümayişçilər mərkəzi küçələrə toplaşıblar

Fransada “Sarı jiletlər” etiraz aksiyasının başlamasının bir illiyi ilə bağlı nümayiş keçirilir.

Azərtac xəbər verir ki, 53-cü həftədir etiraz akasiyası keçirən “Sarı jiletlər” nümayişçiləri Parisdə Yelisey Çölləri prospektinə toplaşmağa çağırıblar.

Yelisey Çölləri prospektinə girişlər nəzarət altına alınıb. Səhər saatlarından bu istiqamətdə 24 nəfər dindirilib və 1000-ə qədər ilkin yoxlama aparılıb.

Səhər saat 7-dən 23 metro stansiyası bağlanıb. Paytaxtın İtaliya meydanında polislə insident qeydə alınıb.

Ölkə üzrə həftə sonunda 270 aksiya keçiriləcəyi nəzərdə tutulub. Lill, Lion, Marsel, Bordo, Nant və Tuluz kimi böyük şəhərlərdə də səhər saatlarından nümayişçilər mərkəzi küçələrə toplaşıblar.