XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2019 - 17:30

ABŞ Yaponiyadan ödənişi artırmasını istəyib- Hərbi bazalara görə

ABŞ Administrasiyası Yaponiyadan bu ölkədə yerləşən hərbi bazalara görə ödənişi xeyli artırmağı xahiş edib.

Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” jurnalı məlumat yayıb.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton iyulda Yaponiyada səfərdə olarkən illik ödənişin dörd dəfə artırılmasını xahiş edib. Bu, həmin rəqəmin illik 2 milyard dollardan 8 milyard dollaradək artırılması deməkdir.

Ödənişin artırılması məsələsinə baxılması üçün iki ölkənin hökumətləri arasında danışıqlara gələn il start veriləcək.

Bununla yanaşı, Tramp Administrasiyasının ABŞ qoşunlarının Cənubi Koreyaya yerləşdirilməsinə görə rəsmi Seuldan müvafiq ödənişi beş dəfə artırmasını istədiyi də bildirilir.