XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

16 Noyabr 2019 - 20:18

Gürcüstan parlamentinin qarşısında növbəti aksiya keçirilir- FOTO

Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası önündə ikinci gündür etiraz aksiyası keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın əsas tələbləri hökumətin istefası və proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Etirazçılar həmçinin müvəqqəti hökumətin yaradılması və Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsini də tələb edirlər.

Aksiya iştirakçıları tələbləri qəbul olunmayana qədər aksiyalara ara verməyəcəklərini bildiriblər.

Aksiyaya parlamentdə təmsil olunan və olunmayan müxalifət partiyalarının üzvləri və tərəfdarları da qatılıb.

Parlamentin qarşısındakı Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlanıb. Polis ərazidə ictimai asayişin qorunmasını təmin edir.