XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 May 2015 - 15:19

Moskva meriyası Nemtsovun adını əbədiləşdirməkdən imtina etdi
Moskva meriyası Nemtsovun adını əbədiləşdirməkdən imtina etdi
Moskva şəhər rəhbərliyi bu il fevralın 27-də öldürülmüş müxalifət lideri Boris Nemtsovun xatirəsini əbədiləşdirmək barədə Dövlət Dumasının deputatı Dmitri Qudkovun təklifini rədd edib.
Musavat.com-un məlumatına görə, bu barədə xəbər verən RBK-nın məlumatında deyilir ki, deputatın təklifində qətl yerində xatirə lövhəsinin qoyulması, cinayətin həyata keçirildiyi Moskvoretski körpüsünə onun adına verilməsi və ya başqa bir küçənin Nemtsovun adı ilə adlandırılması yer alıb.
“Paytaxt təşkilatlarına və obyektlərinə ictimai xadimlərin adının verilməsi yalnız onların ölümündən və ya həlak olmasından 10 il sonra mümkün ola bilər, əgər bu xüsusda ölkə prezidentinin və Moskva metrinin hər hansı göstərişi yoxdursa”, – deyə meriyanın deputat ünvanladığı cavab məktubunda qeyd edilir.