XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2019 - 09:10

“Maduro azadlığa və qanunun aliliyinə hörmət etmir və getməlidir” –Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens Venesuela silahlı qüvvələrini prezident Nikolas Maduroya dəstək verməməyə çağırıb.

Amerikalı siyasətçi bu barədə özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Maduro azadlığa və qanunun aliliyinə hörmət etmir və getməlidir. Biz Venesuela hərbçilərini, despotun tərəfində deyil, venesuelalıların tərəfində olmağa çağırırıq. Venesuela ordusu xeyirxahlığın gücü olmalıdır! Vəziyyəti yaxşıya doğru dəyişmək sizin əlinizdədir”, – vitse-prezident belə deyib.