XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2019 - 09:20

ABŞ Kubanın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib –Açıqlama

ABŞ hökuməti Kubanın daxili işlər naziri Xulio Sesar Qandarillaya qarşı sanksiya tətbiq edir.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib.

Pompeonun sözlərinə görə, Vaşinqton nazirin adını onun “Venesuelada insan hüquqlarının kobud şəkildə pozulmasında” iştirak etdiyini düşündüyü üçün sanksiya siyahısına daxil edilib.

ABŞ hakimiyyət orqanlarının nöqteyi-nəzərindən Kuba DİN rəhbəri “minlərlə Kuba vətəndaşının qanunsuz tutulmasına, həbsinə və Kubada yüzdən çox siyasi məhbusun qanunsuz saxlanılmasına görə məsuliyyət daşıyır”. /APA