XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

17 Noyabr 2019 - 11:00

Tramp Ali Məhkəməyə müraciət etdi –Səbəb

ABŞ Prezidenti Donald Tramp vergi bəyannaməsinin açıqlanması barədə aşağı məhkəmə instansiyalarının qərarlarının ləğv edilməsi üçün Ali Məhkəməyə müraciət edib.

Kolumbiya Federal Dairəsinin Apelyasiya Məhkəməsinin qərarına əsasən, “Mazars” mühasibatlıq şirkəti  ABŞ Prezidentinin vergi bəyannaməsini Konqresə təqdim etməlidir.

Nyu-York Məhkəməsi isə “Mazars” mühasibatlıq şirkətinin D. Trampın həm şəxsi, həm də ona məxsus şirkətin 2011-2018-ci illər üzrə vergi bəyannamələrinin  Konqresə təqdim edilməsi barədə qərar verib.

ABŞ Prezidentinin vəkilləri bu məhkəmələrin qərarlarını qanunsuz sayır. Vəkillər bildirirlər ki, ilk dəfə Konqres fəaliyyətdə olan Prezidentlə bağlı belə informasiyanı əldə etməyə çalışır və bu bəyannamələrin açıqlanması siyasi rəqiblərə D. Trampla bağlı geniş kampaniya aparmağa imkan verəcək. /APA