XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2019 - 16:10

Həkimlər Serbiya Prezidentinin həyatını xilas edib

Həkimlər Serbiya Prezidenti Aleksandr Vuçiçin həyatı xilas edib.

Serbiya Səhiyyə naziri Zlatibor Lonçar həkimlərin ürəyindəki problemlə bağlı xəstəxanaya yerləşdirilmiş A. Vuçiçin həyatını xilas etdiklərini bildirib.

Səhiyyə naziri deyib ki, A. Vuçiçin ürəyində kiçik xroniki problem olub, ancaq cümə günü axşam durumu ağırlaşıb və həkimə müraciət edib. Həkimlər dövlət başçısının həyatının təhlükədə olduğu qənaətinə gəliblər. Hərbi-Tibbi Akademiyanın həkimləri təcili lazımi tədbirlər görüb, Prezidentin orqanizmi müalicəyə müsbət reaksiya verib. Səhiyyə naziri həkimlərə təşəkkür edib, onların peşəkarlığını yüksək qiymətləndirib.

Bundan əvvəl A. Vuçiç noyabrın 18-də işə çıxacağını bildirib. /APA