XƏBƏR LENTİ

12 Dekabr 2019
11 Dekabr 2019

Digər Xəbərlər

17 Noyabr 2019 - 18:52

«NATO özü-özünün kölgəsinə çevrilib» –Almaniyalı deputat

Bundestaqın deputatı Yurgen Trittin hesab edir ki, NATO hazırda «ekzistensial böhran» yaşayır.

O, Fransa prezidenti Emmanuel Makronun «alyans komadadır» fikrini də dəstəkləyib.

«İttifaq 90/Yaşıllar» partiyasından olan deputatın sözlərinə görə, alyans «özü-özünün kölgəsinə çevrilib» və əvvəlki mövqeyini itirib («Der Spiegel»).

O, həm də bəyan edib ki, öz üzvləri arasında maraqların şaxələnməsi səbəbilə, NATO onların təhlükəsizliyini təmin edə bilmir. Bu zaman almaniyalı deputat Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla bağlanmış nüvə sazişindən birtərəfli qaydada çıxmasını xatırladıb. (azapolitika.info)