XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 09:11

“Britaniya komandirləri öz əsgərlərinin Əfqanıstandakı cinayətlərini gizlədiblər” –KİV

Böyük Britaniyanın hərbi rəhbərliyi öz əsgərlərinin Əfqanıstanda və İraqda törətdikləri cinayətlər haqqında informasiyanı gizlədib.

Bu barədə məxfi sənədlərə istinadən “Sunday Times” qəzeti yazıb.

“Sunday Times” nəşrinə kömək edən müstəntiqlər Böyük Britaniyanın xüsusi aviadesant xidmətinin hərbi qulluqçularından birinin qətldə iştirakına dair, həmçinin “Black Watch” batalyonunun üzvləri tərəfindən edilmiş cinayətlərə dair sübutları tapıblar. Qeyd edilir ki, söhbət Şotlandiyanın kral alayının tərkibinə daxil olan batalyon üzvlərinin iştirakçısı olduğu güman edilən döymələrdən, işgəncələrdən, seksual təhqirlərdən və başqa cinayətlərdən gedir. (report)