XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

18 Noyabr 2019 - 09:35

İran ABŞ-ın ölkədəki etirazlara aid bəyanatına münasibətini bildirib –Abbas Musavi

Tehran ABŞ-ın İrandakı etirazlara aid bəyanatını ölkənin daxili işlərinə müdaxilə hesab edir.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi bəyan edib.

Daha əvvəl ABŞ-nın Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus, İran hakimiyyətinin etirazlar zamanı ölkədə İnterneti bağlamaq cəhdlərini qınadığını və ABŞ-ın “səbirli İran xalqını” dəstəklədiyini açıqlayıb.

İranın Xarici İşlər Nazirliyinin saytındakı açıqlamada A.Musavi deyib: “”Böyük İran xalqı bu cür ifadələrin heç bir səmimiliy olmayan riyakarlıq və münafiqliy olduğunu yaxşı bilir.”

İran XİN-nin rəsmi nümayəndəsi həmçinin ABŞ Dövlət Departamentinin İrandakı etirazlarla bağlı açıqlamasını da qınayıb və ölkənin daxili işlərinə müdaxilə adlandırıb.

Qeyd edək ki, İranda benzinin qiymətinin artması səbəbi ilə etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiyalar zamanı bir nəfərin öldüyü bildirilib.