XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2019 - 09:47

Rusiya İdlibi bombardman edib –9 dinc sakin həlak olub

Rusiyanın Hərbi Hava Qüvvələri İdlibin deeskalasiya zonasına növbəti hava zərbələri endirib.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Qeyd edilir ki, zərbə zamanı 9 dinc sakin həlak olub, azı 10 nəfər xəsarət alıb. Mənbənin məlumatına görə, Rusiya ordusu Serakib şəhərinə, həmçinin Ureynibe, Fattire, Bsakla və Mellace yaşayış məntəqələrinə hava zərbələri endirib. Serakibdə zərbələr zamanı 4 dinc sakin həlak olub.

Qeyd edilir ki, oktyabrda Suriyanın şimal-qərbində 75 dinc sakin Rusiya Hərbi Hava Qüvvələrinin zərbələrinin qurbanı olub, onlardan 13-ü uşaqlardır.

Arasıkəsilməz atəşlər və hava zərbələri səbəbindən noyabrın əvvəlindən İdlibi 40 min dinc sakin tərk edib.