XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2019 - 14:55

Gürcüstan DİN etirazçıları parlamenti bloklamağı dayandırmağa çağırıb

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiyaçıları parlamentin girişlərini bloklamağı dayandırmağa çağırıb.

Bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, parlamentin fəaliyyətinə müdaxilə qanunla qadağan edilib: “Aksiya təşkilatçıları və iştirakçılarını polisin qanuni tələblərini yerinə yetirməyə bir daha çağırırıq. Polis qanunla nəzərdə tutulan səlahiyyətləri çərçivəsində inzibati orqanların bloklanması cəhdlərinə istənilən halda müvafiq qaydada reaksiya verəcək”. (report)