XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2019 - 17:01

SEPAH İranda keçirilən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb –Qətiyyətli tədbirlər görülə bilər

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə qeyri-sabitliyin davam edəcəyi təqdirdə qətiyyətli tədbirlər görəcəyini və vəziyyətə müdaxilə edəcəyini bəyan edib.

ISNA-nın verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı rəsmi bəyanatda bildirilir.

“Təhlükəsizliyə hər cür təhdidlərin və ölkədə sabitliyi pozan hərəkətlərin davam edəcəyi təqdirdə, buna həlledici cavab veriləcəkdir”, – deyə bəyanatda qeyd olunur. (apa)