İranın Ali Rəhbəri ayətullah Əli Xamneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi olub.
Bu barədə İRNA agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün axşam saatlarında İranın Ali Rəhbərinin nümayəndəsi, Yəzd şəhər məscidinin imamı Məhəmməd Naseri Yəzdiyə qarşı təşkil edilmiş sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən alınıb.
Bildirilib ki, İranın Ali Rəhbərinin nümayəndəsinin evinə silahlı basqın cəhdi olub.
Hadisə nəticəsində 4 nəfər saxlanılıb, daha bir neçə nəfər şübhəli isə hadisə yerindən qaçmağa müvəffəq olub. (apa)